Moldova Rumıniya ilə birləşsə, Aİ-yə daha tez üzv ola bilər

DÜNYA
17:10 / 28.04.2026
47

Moldova prezidenti Maya Sandu ölkəsinin Rumıniyanın tərkibinə daxil olmasının Avropa İttifaqına (Aİ) daha tez üzv olmağa imkan verə biləcəyini deyib.

HİT.az xəbər verir ki, o, bu barədə “Le Monde” qəzetinə verdiyi müsahibədə danışıb.

"Bu, bizə Aİ-yə daha sürətli daxil olmağa imkan verərdi və bizə kömək edə bilərdi", deyə prezident bildirib.

Eyni zamanda Sandu vurğulayıb ki, Moldova ilə Rumıniyanın birləşməsi barədə qərar yalnız vətəndaşların əksəriyyətinin iradəsi ilə qəbul olunmalıdır.

Prezident həmçinin Moldovanın tanınmamış Dnestryanı bölgə olmadan Aİ-yə üzvlüyünün mümkün variantlardan biri olduğunu qeyd edib.

Sandu 2026-cı ilin yanvarında mümkün referendum keçirilsə, Moldova ilə Rumıniyanın birləşməsinin lehinə səs verəcəyini də açıqlamışdı. Onun sözlərinə görə, buna ölkə ətrafındakı və dünyadakı geosiyasi vəziyyət səbəb olur. O, Moldovanın “demokratiya və suveren dövlət kimi mövcudluğunu qorumaqda getdikcə daha çətinlik çəkdiyini” bildirmişdi.

Samir

0