Estoniya prezidenti: Rusiyanın taktikası Avropanı əsəbiləşdirməkdir

DÜNYA
18:18 / 28.04.2026
44

Estoniya prezidenti Alar Karis Finlandiya prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında bildirib ki, Avropa Rusiyaya münasibətdə “sakitliyini qorumağa” davam etməlidir. 

HİT.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

“Kim növbədədir — Estoniya, Baltikyanı ölkələr, yoxsa Finlandiya kimi fikirlər var. Bu cür hekayələr vaxtaşırı ortaya çıxır və yox olur, bu ilk dəfə deyil. Bu, Rusiyanın bizi bir qədər narahat etməyə yönəlmiş taktikasıdır. Lakin biz, şimal xalqlarına xas olduğu kimi, sakitliyimizi qorumalıyıq”, deyə Estoniya prezidenti qeyd edib.

Eyni mətbuat konfransında Aleksandr Stubb Rusiyanın NATO ölkələrinə hücum etməsi və alyansın qarşılıqlı müdafiə prinsipi olan 5-ci maddəni “sınaması” üçün əsas görmədiyini bildirib.

Bundan əvvəl Alar Karis Avropa ölkələrinin Rusiya ilə danışıqlara hazırlaşmalı olduğunu da söyləmişdi.

24 apreldə Polşa baş naziri Donald Tusk “Financial Times” qəzetinə müsahibəsində Rusiyanın yaxın aylar ərzində NATO-ya hücum etmək niyyətinin olduğu barədə iddialardan danışıb. O, eyni zamanda belə bir hücum halında ABŞ-ın yardımına dair şübhələrini də ifadə edib.

Mart ayında Polşanın xarici işlər naziri Radoslav Sikorski də Avropanın Rusiyadan gələ biləcək mümkün təhlükəni ciddi qəbul etməli, lakin panikasız davranmalı olduğunu bildirmişdi.

Samir

0