Rusiya hüquq-mühafizə orqanları kriminal aləmdə “Merab Suxumski” kimi tanınan Merab Jangveladze barəsində qiyabi həbs qərarı çıxarılmasını tələb edib.
Hit.az xəbər verir ki, bu barədə Rusiya KİV-I məlumat yayıb.
Məlumata görə, istintaq onun barəsində Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi — “cinayət iyerarxiyasında ali mövqe tutma” maddəsi ilə cinayət işi açıb. Hüquq-mühafizə orqanlarının iddiasına əsasən, Jangveladze 1985-ci ildə “qanuni oğru” statusu alıb və bu status ona Rusiyada müxtəlif kriminal qrupların fəaliyyətinə nəzarət etməyə imkan verib.
Mənbələrin bildirdiyinə görə, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuş Jangveladze hazırda istintaqdan gizlənir və Gürcüstan ərazisində olduğu ehtimal edilir.
Rusiya Daxili İşlər Nazirliyi tərəfindən yayılan axtarış bazasında onun “Cinayət Məcəlləsi maddəsi üzrə” federal axtarışa verildiyi göstərilsə də, konkret maddə qeyd olunmayıb.
Qiyabi həbs qərarı qüvvəyə minsə, Jangveladze beynəlxalq axtarışa verilə bilər. Ona qarşı irəli sürülən maddə üzrə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Abbas


