Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ABŞ–İsrail–İran müharibəsinin nəticələri Avropada uzun müddət hiss oluna bilər və enerji qiymətlərinin yaxın vaxtda aşağı düşməsi gözlənilmir.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Biz hamımızın üzləşməli olduğu sərt reallıq budur: bu münaqişənin nəticələri aylar, hətta illər boyunca hiss oluna bilər”, deyə o vurğulayıb.
Fon der Lyayen qeyd edib ki, İranda müharibə başlayandan bəri Avropa İttifaqı qalıq yanacaq idxalına əlavə 27 milyard avro xərcləyib.
Eyni zamanda “Bruegel” analitik mərkəzinin hesablamalarına görə, Aİ ölkələri enerji qiymətlərinin artımından istehlakçıları və biznesləri qorumaq üçün 10 milyard avrodan çox vəsait ayırıb.
“Bloomberg” xatırladır ki, Avropa Komissiyası ötən həftə enerji böhranına qarşı ilk tədbirlər paketini təklif edib, lakin Aİ liderləri daha sərt addımların atılmasını tələb ediblər.
Bununla belə, üzv dövlətlər arasında yardımın sürəti ilə bağlı fikir ayrılığı qalır: bəzi ölkələr mərhələli yanaşmanı dəstəkləyir, digərləri isə daha geniş və dərhal paketlərin tətbiqini istəyir.
Samir


