Ukraynanın NATO-ya üzv olmaq istəkləri yaxın perspektiv baxımından faktiki olaraq reallaşmayacaq.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Economist” jurnalı Qərb rəsmilərinə istinadən yazır.
Nəşr qeyd edir ki, ABŞ-ın əvvəlki prezidenti Co Bayden Ukraynanın Şimali Atlantika Alyansına mümkün qoşulmasına şübhə ilə yanaşırdı. Məqalə müəllifinin fikrincə, hazırkı Amerika administrasiyasının bu məsələyə münasibəti isə Ukraynanın ümidlərini “dəfn edib”.
Həmçinin bu həftə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü mümkün deyil və ölkənin Avropa inteqrasiyası prosesi “mürəkkəb” olaraq qalır.
2025-ci ilin dekabrında Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevin əsas məqsədi NATO-ya qoşulmaqdır. Bununla belə, o, Qərb dövlətlərindən etibarlı təhlükəsizlik təminatları alacağı təqdirdə Ukraynanın bu addımdan imtina edə biləcəyini də istisna etməyib.
Samir


