ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Kain Konqresdə keçirilən dinləmələr zamanı Rusiyanın İranın ABŞ-yə qarşı hərbi imkanlarını dəstəkləmək üçün “müəyyən addımlar” atdığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
O, bu fikirləri senator Rocer Uikerin Rusiyanın “İranda ABŞ-nin uğurlarını sarsıtmaq üçün ciddi səylər göstərdiyi” barədə sualına cavab olaraq səsləndirib.
“Orada mütləq müəyyən fəaliyyətlər var”, deyə general Kain bildirib və dinləmələrin açıq formatda keçirildiyini əsas gətirərək əlavə təfərrüat verməkdən imtina edib.
Senator Uiker isə Moskvanın hərəkətlərinin ABŞ-nin regiondakı fəaliyyətlərini zəiflətməyə yönəldiyini vurğulayıb.
“Şübhə yoxdur ki, Vladimir Putinin Rusiyası ABŞ-nin İranda uğur qazanmaq səylərini pozmaq üçün ciddi addımlar atır”, deyə o qeyd edib.
Litva prezidenti Qitanas Nauseda ölkəsinin ABŞ-nin Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin etməyə yönəlmiş missiyada iştirakını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu təklif yaxın zamanda Dövlət Müdafiə Şurasına təqdim ediləcək. Litva hərbçilərinin münaqişə zonasına göndərilməsi üçün isə parlamentin razılığı tələb olunacaq.
Litva Hərbi Dəniz Qüvvələrinə “Hunt” tipli üç minaaxtaran gəmi, “Flyvefisken” tipli dörd patrul kater, eləcə də digər yardımçı gəmilər daxildir.
Samir


