Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi yerləşdirilib.
HİT.az xəbər verir ki, bu barədə TASS agentliyi ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının ("EUCOM") nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təxminən 38 min amerikalı hərbçi Almaniyada daimi və rotasiya əsaslı şəkildə xidmət edir.
"EUCOM" nümayəndəsi əlavə edib ki, kontingentin sayı və strukturu daim dəyişir. Almaniya ərazisində hərbçilər Visbaden, Reyn-Pfalts, Ştutqart və Bavariya kimi məntəqələrdə yerləşdirilib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirmişdi ki, ABŞ İtaliya və İspaniyada yerləşdirilən hərbi kontingentin sayını azalda bilər. O, həmçinin "Truth Social" sosial şəbəkəsində Almaniyadakı ABŞ hərbi kontingentinin də ixtisarını istisna etməyib.
Aprelin əvvəlində dövlət katibi Marko Rubio NATO-nu “birtərəfli küçə” adlandırıb. O qeyd edib ki, ABŞ qoşunları Avropada qitəni qorumaq üçün yerləşdirilib, lakin ABŞ öz maraqlarını qorumaq üçün müttəfiqlərdən, hətta bazalardan istifadə kimi dəstək ala bilmir. Rubio Vaşinqtonu alyansın əhəmiyyətini yenidən nəzərdən keçirməyə çağırıb.
Samir


