Makron III Çarlzın Trampla şam yeməyindəki zarafatını "möhtəşəm" adlandırdı

DÜNYA
16:46 / 01.05.2026
37

Fransa prezidenti Emmanuel Makron Britaniya kralı III Çarlzın ABŞ-yə dövlət səfəri zamanı keçirilən rəsmi şam yeməyində dediyi zarafatı müsbət qiymətləndirib. 

HİT.az xəbər verir ki, fikrini "X" sosial şəbəkəsində paylaşıb.

III Çarlz ABŞ prezidenti Donald Trampın yanvar ayında səsləndirdiyi fikrə zarafatla cavab verib. Tramp o zaman demişdi ki, əgər ABŞ-ın köməyi olmasaydı, Avropada hamı alman dilində, bəlkə də bir az yapon dilində danışardı.

Buna cavab olaraq kral bildirib: “Siz yaxınlarda demişdiniz ki, əgər ABŞ olmasaydı, Avropa ölkələri alman dilində danışardı. Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, siz fransız dilində danışardınız".

Makron isə bu sözlərə münasibət bildirərək sosial şəbəkədə “Bu, möhtəşəm olardı” yazıb.

III Çarlzın səfəri ABŞ-ın müstəqilliyinin 250 illiyi ilə əlaqədar təşkil olunub. Səfər çərçivəsində monarx ABŞ Konqresi qarşısında da çıxış edib. Səfərdən qısa müddət sonra Donald Tramp Şotland viskisinə tətbiq olunan rüsumları ləğv edib və III Çarlzu “ən böyük kral” adlandırıb. O, həmçinin ABŞ-yə belə liderlərin çatışmadığını bildirib.

Samir

0