Pekindən Ukraynada əsirlikdə olan çinlilərlə bağlı açıqlama

DÜNYA
17:30 / 06.05.2026
34

Çin Ukraynaya müraciət edərək Rusiya tərəfində döyüşmüş və Ukrayna əsirliyinə düşmüş Çin vətəndaşlarına humanist münasibət və hüquqların təmin olunmasına zəmanət verməsini istəyib. 

HİT.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian mətbuat brifinqi zamanı bildirib.

Belə ki, brifinqdə iştirak edən ukraynalı jurnalist Çin vətəndaşlarının Ukrayna əsirliyində saxlanılması və Rusiya tərəfindən onların ukraynalı əsirlərlə dəyişdirilmək istəməməsi məsələsinə aydınlıq gətirilməsini xahiş edib.

Buna cavab olaraq Çin XİN sözçüsü Pekinin öz vətəndaşlarını dəfələrlə “silahlı münaqişə zonalarından uzaq durmağa və münaqişədə iştirakdan çəkinməyə” çağırdığını, xüsusilə də hərbi əməliyyatlarda iştirakdan çəkindirdiyini bildirib.

“Çin Ukraynaya, mövcud beynəlxalq hüquqa uyğun olaraq, Çin vətəndaşlarının qanuni hüquqlarını və humanitar rəftarını təmin etməyə çağırır”, deyə Lin Cian bildirib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinə Kiyevin 6 maydan etibarən müvəqqəti atəşkəs elan etmək təşəbbüsü ilə bağlı da sual ünvanlanıb.

“Ukrayna böhranı ilə bağlı Çin mövqeyi aydın və qətidir: biz sülhün əldə olunmasına yönəlmiş bütün səyləri dəstəkləyirik. Ümid edirik ki, bütün tərəflər böhranın dialoq və danışıqlar yolu ilə həlli istiqamətində işi davam etdirəcəklər”, deyə Lin Cian qeyd edib.

Samir
 

0