ABŞ Hərbi Dəniz Qüvvələri “Freedom” sinfinə aid son sahil döyüş gəmisi olan USS Cleveland (LCS 31)-i rəsmi olaraq istismara verib.
HİT.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi məlumatında bildirilir.
Gəmi Ohayo ştatının Klivlend şəhərinin şərəfinə adlandırılıb və bu adı daşıyan dördüncü hərbi gəmi kimi qeydə alınıb.
USS Cleveland 15 yanvar 2019-cu ildə sifariş edilib, 16 iyun 2021-ci ildə Marinette Marine gəmiqayırma zavodunda suya buraxılıb və 15 aprel 2023-cü ildə dənizə endirilib.
“Militarniy” portalının məlumatına görə, USS Cleveland-in donanmaya qoşulmasından sonra “Freedom” sinfinə aid 11 sahil döyüş gəmisi xidmətdə qalır. Bu sinfin ən köhnə gəmisi 2012-ci ildə xidmətə qəbul edilən USS Fort Worth hesab olunur.
Sahil döyüş gəmisi “Freedom” sinfi sahil sularında əməliyyatlar, kiçik hədəflərə qarşı mübarizə, sualtı qayıqlara və dəniz minalarına qarşı istifadə üçün nəzərdə tutulub.
Layihə yüksək sürətli, çoxfunksiyalı platforma kimi planlaşdırılıb. Gəmilərin tam su tutumu təxminən 3,5 min ton, uzunluğu təxminən 115 metr, eni isə 17 metrdən çoxdur. Lakin layihə bir sıra ciddi problemlərlə üzləşib.
“Freedom” sinfinə aid gəmilərdə mühərrik və hərəkət sistemi ilə bağlı texniki nasazlıqlar tez-tez qeydə alınıb. Məsələn, 2015-ci ildə USS Milwaukee Atlantik okeanında sıradan çıxaraq limana yedəkdə qayıtmağa məcbur olub.
Bundan əlavə, layihə zəif zireh qorunması, yüksək istismar xərcləri və modul sistemin gözlənilən effektivliyi verməməsi kimi səbəblərlə tənqid olunub.
Gəmilərin əsas silahlanmasına 57 mm-lik Mk 110 avtomatik top, RAM yaxın müdafiə zenit raket sistemi, iriçaplı pulemyotlar və kiçik çaplı avtomatik toplar daxildir.
Həmçinin helikopter anqarı və uçuş meydançası mövcuddur ki, bu da MH-60 helikopterləri və pilotsuz uçuş aparatlarının istifadəsinə imkan verir.
Samir


