Şəhərlərin sürətli genişlənməsinə baxmayaraq, bu inkişafın faydaları çox vaxt aztəminatlı ailələrə çatmır.
Hit.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) deyib.
Onun sözlərinə görə, sosial bərabərsizliyin əsas səbəbləri mənzil sistemlərinin bazar yönümlü olması, kirayə və icma əsaslı modellərə dəstəyin azlığı, torpaq–infrastruktur–maliyyə əlaqələrinin qırıq şəkildə idarə olunması və planların icraya çevrilməsi üçün institusional və maliyyə imkanlarının məhdudluğudur.
R.Tuts bildirib ki, vəziyyəti yaxşılaşdırmaq üçün mənzil sistemlərinin yenidən tarazlaşdırılması, kirayə və kooperativ modellərin genişləndirilməsi, mərhələli mənzil həllərinin tətbiqi, mənzilin digər şəhərsalma sahələri ilə inteqrasiya olunması və dövlət sektorunun tənzimləyici–icra potensialının gücləndirilməsi vacibdir. Bu prosesdə dövlət maliyyəsi həm sosial mənzillərin təminatında, həm də özəl investisiyalar üçün risklərin azaldılmasında mühüm rol oynaya bilər.


