"The New York Times" Pentaqona qarşı yeni iddia qaldırdı

DÜNYA
17:14 / 19.05.2026
48

“The New York Times” (NYT) qəzeti və milli təhlükəsizlik üzrə müxbiri Culian E. Barns ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib. 

HİT.az xəbər verir ki, onlar yeni qaydalara görə mətbuatın hərbi rəsmilərə və Pentaqon binasına çıxışının məhdudlaşdırıldığını bildirirlər.

İddia birbaşa Müdafiə Nazirliyinə, ABŞ müdafiə naziri Pit Heqsetə, onun müşaviri Timoti Parlatoraya və nazirliyin rəsmi nümayəndəsi Şon Parnellə qarşı qaldırılıb. İddiada qeyd olunur ki, jurnalistlərin Pentaqona yalnız nazirlik əməkdaşlarının müşayiəti ilə daxil olmasını tələb edən yeni qaydalar ABŞ Konstitusiyasının birinci və beşinci düzəlişlərini pozur və NYT-yə qarşı repressiv tədbir xarakteri daşıyır.

Bu, qəzetin ABŞ Müdafiə Nazirliyinə qarşı ikinci məhkəmə iddiasıdır. 2025-ci ilin dekabrında “The New York Times” Pentaqonu və müdafiə naziri Pit Heqseti söz azadlığını məhdudlaşdırmaqda ittiham etmişdi. Buna səbəb jurnalistlərin məlumatları Pentaqonla əvvəlcədən razılaşdırmadan yaymasını məhdudlaşdıran xüsusi sənədi imzalamağa məcbur edən qayda olmuşdu. Həmin mübahisədə məhkəmə “təhlükəsizlik maraqlarını” əsas gətirərək Müdafiə Nazirliyinin mövqeyini dəstəkləmişdi.

Samir

0