Ukrayna və İran ətrafında baş verən münaqişələr göstərib ki, müasir hərbi əməliyyatlar artıq sürət, kütləvilik, proqram təminatı, pilotsuz sistemlər, radioelektron mübarizə və kosmosdakı fəaliyyətlə müəyyən olunur.
HİT.az xəbər verir ki, bu barədə NATO-nun transformasiya üzrə ali baş komandanı, admiral Pyer Vandye “Clash Report”a danışıb.
“Ukrayna və Yaxın Şərq bizə göstərir ki, müharibə indi sürət, kütləvilik, proqram təminatı, dronlar, radioelektron mübarizə, kosmos və məlumatlarla müəyyən olunur — bu sahələrdə hələ çox işimiz var. Buna görə də bizə daha çox raket, daha çox mərmi, daha çox hava hücumundan müdafiə vasitələri, daha çox imkanlar və daha çox ehtiyat lazımdır”, deyə o bildirib.
19 mayda NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali baş komandanı Aleksus Qrinkeviç də NATO-nun Rusiya üçün təhlükə yaratmadığını, çünki alyansın “müdafiə ittifaqı” olduğunu bildirib.
May ayında NATO-nun baş katibi Mark Rutte də Avropa və ABŞ hərbi-sənaye komplekslərinin Avropa İttifaqı və ABŞ-nin ehtiyacları üçün kifayət qədər silah istehsal etmədiyini qeyd edib. Aprelin sonunda isə Rutte müttəfiqləri Avropa və Şimali Amerikada yaşayan təxminən bir milyard insanın təhlükəsizliyini təmin etmək üçün silah istehsalını birgə artırmağa çağırıb.
Samir


