Peter Macar: Münaqişə bitdikdən sonra Aİ Rusiya qazının alınmasına qayıda bilər

DÜNYA
17:39 / 21.05.2026
42

Macarıstanın baş naziri Peter Macarın fikrincə, Ukraynada döyüşlər başa çatdıqdan sonra Avropa İttifaqı yenidən Rusiya qazının alınmasına qayıda bilər. 

HİT.az xəbər verir ki, bu barədə o, Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya qazı daha ucuz olduğu üçün və coğrafi-iqtisadi amillər nəzərə alındıqda Avropa ölkələrinin bu resursa marağı yenidən arta bilər.

“Düşünürəm ki, müharibə bitəndə bütün Avropa İttifaqı Rusiya qazına qayıdacaq, çünki o, daha ucuzdur. Bunu rəqabət və coğrafiya diktə edir”, deyə o bildirib.

Eyni zamanda siyasətçi bunun yalnız şəxsi ehtimal olduğunu və dəqiq proqnoz vermədiyini qeyd edib.

Məlumata görə, Macarıstan enerji sahəsində Rusiya resurslarından asılılıq səbəbindən Moskva ilə praqmatik münasibətləri davam etdirməyə hazır olduğunu bildirir, lakin eyni zamanda Rusiyanı Avropa və Macarıstan üçün təhlükə kimi qiymətləndirir.

Qeyd olunur ki, 2022-ci ildə Ukraynadakı müharibədən sonra Avropa İttifaqı Rusiya boru kəməri qazının idxalını mərhələli şəkildə azaltmağa başlayıb və planlara əsasən 2027-ci ilin sentyabrına qədər Rusiya enerjisindən tam imtina nəzərdə tutulur.

Samir

0