NATO ölkələri silahlanmaya yüz milyardlarla vəsait ayırmağa hazırlaşır

DÜNYA
16:16 / 22.05.2026
39

NATO ölkələri yaxın illərdə silahlanmaya yüz milyardlarla vəsait xərcləməyə hazır olacaq. Bu barədə alyansın baş katibi Mark Rutte İsveçdə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib. 

HİT.az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

“Hazırda vəsaitlər daxil olur, müdafiə xərcləri sürətlə artır. İndi bu, on milyardlarla ölçülür, illər keçdikcə isə yüz milyardlar daxil olacaq”, deyə Rutte bildirib.

O, həmçinin hazırda alyansa üzv ölkələrin, o cümlədən ABŞ-ın müdafiə sənayesinin problemlərlə üzləşdiyini və artan maliyyələşməyə baxmayaraq, kifayət qədər silah istehsal etmədiyini vurğulayıb. Məsələ ilə bağlı müzakirələrin iyun ayında Ankarada keçiriləcək NATO sammitində gündəmə gətiriləcəyi qeyd olunub.

Bu həftə “Reuters” üç mənbəyə istinadən ABŞ administrasiyasının NATO müttəfiqlərinə Avropa ölkələrinə böyük böhran zamanı yardım üçün istifadə oluna biləcək hərbi imkanların azaldılacağını bildirməyi planlaşdırdığını yazıb.

Samir
 

0