Hindistanda polis ən azı 9 dəfə evlənərək hər dəfə pul və zinət əşyaları ilə yoxa çıxan qadınla bağlı işi araşdırır.
HİT.az xəbər verir ki, bu barədə “News9live” məlumat yayıb.
Zərərçəkənlərdən biri olan Yoqeş Şinde bildirib ki, o, yüz minlərlə rupi aldadılıb. Onun sözlərinə görə, vasitəçilər onu həmin qadınla tanış edib və evlilik təşkil edəcəklərini vəd ediblər. Lakin toy mərasimindən cəmi bir neçə gün sonra gəlin vasitəçilərlə birlikdə yoxa çıxıb.
Şinde daha sonra öyrəndiyini bildirib ki, həmin qadın bundan əvvəl də səkkiz kişi ilə evlənib və hər dəfə eyni üsulla onların pul və qiymətli əşyalarını götürərək qaçıb.
“Beni yüz minlərlə rupiyə aldadıblar. Mən ədalət istəyirəm”, deyə zərərçəkən bildirib.
Şinde qeyd edib ki, qadının əvvəlki evlilikləri barədə məlumatsız olub və bu barədə ondan gizlədilib. Məsələ ilə bağlı polisə şikayət verilib və araşdırma başlanıb.
Samir


