"Kağız üzərində sülh sazişi": ABŞ İrana yeni zərbələrə hazırlaşır

DÜNYA
13:13 / 23.05.2026
42

ABŞ prezidenti Donald Tramp administrasiyası cümə günü İranla müharibənin dayandırılması üzrə danışıqlar davam etdiyi halda belə, İrana qarşı yeni hərbi zərbələr endirməyə hazırlaşırdı. 

HİT.az xəbər verir ki, bu barədə “CBS News” hazırlıq prosesindən məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin sözlərinə görə, cümə gününə olan vəziyyətə əsasən, zərbələrin endirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Bununla yanaşı, nəşr qeyd edir ki, ABŞ Silahlı Qüvvələrinin və kəşfiyyat icmasının bəzi nümayəndələri mümkün hücum gözləntiləri səbəbindən həftəsonu planlarını ləğv ediblər. Eyni zamanda, “Pentaqon” və kəşfiyyat nümayəndələri ABŞ-ın xaricdəki obyektlərindən geri çağırılacaq şəxslərin siyahılarını yeniləməyə başlayıblar. Bu addım Yaxın Şərqdə yerləşdirilmiş hərbi qrupların növbəli şəkildə bölgədən çıxarılması fonunda atılır.

Jurnalistlər bildirirlər ki, bu tədbirlər “İran tərəfindən mümkün cavab zərbələri ilə bağlı narahatlıqlar fonunda ABŞ-ın regiondakı hərbi mövcudluğunu azaltmaq strategiyasının bir hissəsidir”.

Ağ Evin sözçüsü Anna Kelli “CBS News”a açıqlamasında deyib ki, Tramp “öz qırmızı xətlərini aydın müəyyən edib: İran heç vaxt nüvə silahına sahib ola bilməz və zənginləşdirilmiş uranı saxlaya bilməz”. O, İrana qarşı yeni zərbələrin mümkünlüyünü də istisna etməyib.

“Prezident hər zaman bütün fəaliyyət variantlarını özündə saxlayır və “Pentaqon”un vəzifəsi ali baş komandanın qəbul edə biləcəyi istənilən qərarı icra etməyə hazır olmaqdır... Prezident İranın razılaşma əldə etməyəcəyi təqdirdə hansı nəticələrlə üzləşəcəyini açıq şəkildə bildirib”, – deyə Kelli vurğulayıb.

Samir

0