ABŞ şəhərində iğtişaşlara görə komendant saatı tətbiq edildi

DÜNYA
09:43 / 01.06.2026
48

Nyu-Cersi ştatının Nyuark şəhərində (Nyu-Yorkdan təxminən 20 km məsafədə) immiqrantların saxlanıldığı mərkəzin ətrafında komendant saatı tətbiq olunub.

HİT.az xəbər verir ki, yerli hakimiyyət orqanları bu qərarı Associated Press-in məlumatına görə, may ayının sonundan bəri davam edən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar səbəbilə qəbul edib.

Kütləvi etirazlar 22 maydan etibarən mərkəzin qarşısında səngimir. Aksiyalar içəridə saxlanılan miqrantların aclıq aksiyası elan etməsindən sonra başlayıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, buna səbəb ağır saxlanma şəraiti olub: məhbuslara istifadə müddəti keçmiş və qurd düşmüş qida verilməsi, tibbi yardımdan imtina edilməsi və qeyri-insani rəftar halları.

Həftəsonu vəziyyət daha da gərginləşib. Maskalı radikal fəallar qoruyucu baryerləri dağıdıb, avtomobil təkərlərini yandırıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar. Bu səbəbdən polis atlı patrul və taktiki qalxanlardan istifadə etməyə məcbur qalıb.

29 mayda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) federal agentləri bir neçə gün davam edən qarşıdurmalardan sonra ərazini tərk edib. Mərkəzin perimetri və etiraz zonasına nəzarət tamamilə Nyu-Cersi ştat polisi tərəfindən götürülüb.

Samir

0