ABŞ-da "cadugər timsah": adlandırılan qəribə canlı tapıldı

DÜNYA
13:58 / 02.06.2026
47

ABŞ-də paleontoloqlar triass dövrünə aid, iki ayaq üzərində hərəkət edən və dişsiz dimdiyi olan qeyri-adi bir qədim sürünənin qalıqlarını aşkar ediblər. 

HİT.az xəbər verir ki, bu barədə “Discover Wildlife” yazıb.

Yeni növ “Labrujasuchus expectatus” adlandırılıb və “cadugər-timas” kimi də tanınır. Adı ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən “Ghost Ranch” ərazisinin tarixi ispan adı olan “Ranchos de los Brujos” (cadugərlərin ferması) ifadəsindən götürülüb.

Tədqiqatçılar bildirirlər ki, bu canlı zahirən sonrakı dövrlərə aid bəzi dinozavr qruplarına — xüsusilə iki ayaqla hərəkət edən ornitomimozavrlara bənzəyib. O, iki ayaq üzərində gəzir və dişsiz dimdiyə malik olub.

Alimlərin açıqlamasına görə, Labrujasuchus əslində dinozavr deyil, lakin krokodilərin də daxil olduğu arxozavrlar qrupuna aiddir. Bu qrup müasir krokodillərin uzaq əcdadlarını da əhatə edir.

Mütəxəssislər qeyd edirlər ki, şuvozavrlar adlı bu qrup triass dövründə ABŞ-ın cənubunda yaşayıb və təxminən 235–201 milyon il əvvəl mövcud olub. Onlar ikiayaqlılıq kimi xüsusiyyətlərin erkən dövrlərdə müxtəlif sürünən qruplarında müstəqil şəkildə formalaşdığını göstərir.

Araşdırmanın rəhbəri Alan Törner bildirib ki, bu tip canlılar müasir quşlar və dinozavrlarla paralel şəkildə oxşar bədən quruluşu strategiyalarını inkişaf etdiriblər. Onun sözlərinə görə, ikiayaqlılıq təkcə dinozavrlara aid deyil və müxtəlif təkamül xəttlərində dəfələrlə ortaya çıxıb.

Labrujasuchus bu günə qədər aşkar edilmiş yalnız beş şuvozavr növündən biridir və eyni bölgədə tapılmış iki digər növ arasında keçid mərhələsini doldurur. Buna görə də ona “expectatus” (gözlənilən) adı verilib.

Paleontoloqlar bildirirlər ki, bu kəşf qədim canlıların təkamül zəncirində boşluqları doldurmaq baxımından mühüm əhəmiyyət daşıyır və triass dövrünün ekosistemini daha yaxşı anlamağa imkan verir.

Samir
 

0