Uzaqdan iş modelinin geniş yayılması ilə birlikdə "rəqəmsal köçəri vizaları" (digital nomad visa) dünya üzrə sürətlə populyarlaşır. 2026-cı ilə qədər artıq 66 ölkə bu tip xüsusi viza proqramı təklif edir və sayın artdığı bildirilir.
HİT.az xəbər verir ki, pandemiyadan sonra uzaqdan iş modelinin yayılması milyonlarla insanın internet vasitəsilə dünyanın istənilən yerindən işləməsinə imkan yaradıb. Bu modelə uyğun olaraq bir çox ölkə xarici uzaqdan çalışanları cəlb etmək üçün xüsusi viza proqramları tətbiq edir.
Bu vizalar sayəsində şəxslər həmin ölkənin əmək bazarına daxil olmadan, xaricdəki işəgötürənlər və ya müştərilər üçün işləyə bilirlər.
Müraciət şərtləri nədir?
Ölkədən ölkəyə dəyişsə də, ümumi tələblər bunlardır:
* Cinayət qeydinin olmaması
* Minimum gəlir şərtinin qarşılanması
* Uzaqdan işləyə bilən işə sahib olmaq
* Gəlirin ölkə xaricindən əldə olunması
* Etibarlı tibbi sığorta
Bəzi ölkələr əlavə olaraq gəlir və iş statusunu təsdiqləyən sənədlər də tələb edir.
Tələb olunan əsas sənədlər:
* Etibarlı pasport
* Cinayət arayışı
* İş müqaviləsi və ya sərbəst iş sənədləri
* Tibbi arayış
* Müraciət forması
* Yaşayış ünvanı sənədi
* Bank çıxarışları
* Təhsil və ya ixtisas sənədləri
* Biometrik foto
* Gəlir sübutu
* Tibbi sığorta
Vergi üstünlüyü olan ölkələr
Bəzi ölkələr rəqəmsal köçərilərdən yerli gəlir vergisi almır və ya xüsusi güzəştlər tətbiq edir. Bu ölkələr arasında:
* Antigua və Barbuda
* Barbados
* Kabo-Verde
* Kosta Rika
* Xorvatiya
* Curaçao
* Dominika
* BƏƏ (Dubay)
* Ekvador
* El Salvador
* Yunanıstan
* Qrenada
* Montserrat
Bəzi ölkələr isə (Portuqaliya, İtaliya, İspaniya, Yaponiya, Yunanıstan) müəyyən şərtlərlə vergi güzəştləri təqdim edir.
Niyə seçilir?
Mütəxəssislərə görə bu vizalar uzunmüddətli yaşama icazəsi, hüquqi status, vergi üstünlükləri və daha aşağı yaşayış xərcləri kimi imkanlar yaradır. Lakin yüksək gəlir tələbi, sığorta öhdəliyi və bürokratik proseslər əsas çətinliklər sayılır.
Bu proqramların yaxın illərdə daha da genişlənəcəyi və yeni ölkələrin qoşulacağı gözlənilir.
Samir


