ABŞ prezidenti Donald Tramp administrasiyası 60 ticarət tərəfdaşı olan ölkədən idxala ən azı 10% həcmində yeni gömrük rüsumları tətbiq etməyi nəzərdən keçirir.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri ABŞ Ticarət Nümayəndəliyinə (USTR) istinadən məlumat yayıb.
Məlumata görə, 10% rüsum Avropa İttifaqı, Meksika, Böyük Britaniya və bəzi digər ölkələrdən idxala şamil olunacaq. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, İsveçrə və Braziliyadan gələn mallara isə 12,5% həcmində tarif tətbiq edilə bilər.
Bundan əlavə, əlavə 12,5% rüsum ABŞ hakimiyyətinin müvafiq araşdırma apardığı daha 45 ölkəyə də şamil olunacaq.
Daha əvvəl ABŞ Rusiyadan palladium idxalına rüsum tətbiq etməkdən imtina edib. Bundan öncə Vaşinqton Rusiyadan ABŞ-yə emal olunmamış palladium tədarükünə qarşı təxminən 109,1% həcmində kompensasiya rüsumları tətbiq etməyi planlaşdırırdı. Tariflər “Ural innovasiya texnologiyaları” və “Prioksk əlvan metallar zavodu”na qarşı nəzərdə tutulurdu.
Samir


