Latviya baş naziri Andris Kulbergs bildirib ki, ölkə Rusiya və Belarusla iqtisadi əlaqələri dayandırmalıdır.
HİT.az xəbər verir ki, bu barədə onun hökumət iclasından sonra keçirdiyi mətbuat konfransında “Delfi” məlumat yayıb.
Kulbergsin sözlərinə görə, Latviya bu əlaqələri dayandırmalıdır, çünki bu “lazımsız asılılıqdır və vəziyyəti yalnız pisləşdirir”.
O qeyd edib ki, xarici işlər naziri Baiba Brajeyə bu məsələni Avropa İttifaqı ilə koordinasiya edərək həll yolları tapmağı tapşıracaq, çünki Latviya təkbaşına hərəkət etmir.
Baş nazir həmçinin bildirib ki, ixrac məhdudiyyətləri əczaçılıq sənayesinə şamil olunmayacaq, çünki bu sahəyə yanaşma “birmənalı deyil”. Lakin bu istisnanın yalnız əczaçılıqla məhdudlaşıb-məhdudlaşmayacağı dəqiqləşdirilməyib.
Daha əvvəl Latviya parlamenti ictimai mediada rus dilinin istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Samir


