Rusiya hücumlarında reaktiv dronların payını 50 faizə çatdırmağı planlaşdırır - Sirski

DÜNYA
13:37 / 04.06.2026
51

Rusiya özünün kamikadze dron hücumlarında reaktiv tipli zərbə PUA-larının payını 50%-ə qədər artırmağı planlaşdırır.

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski məlumat verib. Onun sözlərinə görə, düşmən PUA-ların tətbiq taktikasını daim dəyişir, onların sayını artırır və keyfiyyətini yüksəldir.

“Təcavüzkar reaktiv zərbə dronlarının payını 50%-ə çatdırmağı planlaşdırır. Bu, qarşısında vaxtında reaksiya tələb edən yeni çağırışlar yaradır. Düşmənin zərbə PUA-larına qarşı mübarizə üzrə keçirilən işçi iclasda hava hücumundan müdafiənin effektivliyinin artırılması və yerli dron-interseptorların modernləşdirilməsi ilə bağlı təklifləri dinlədim”, deyə Sirski bildirib.

Onun sözlərinə görə, dron-interseptorlar üçün döyüş başlıqlarının sayının artırılması hələ də aktual məsələdir, lakin Ukrayna Silahlı Qüvvələri bu sahədə istehsal imkanlarını genişləndirməyə çalışır. Sirski qeyd edib ki, gündəlik hava zərbələrinin nəticələri, “kiçik hava hücumundan müdafiə” sisteminin qurulması və gücləndirilməsi olmasaydı, daha ağır ola bilərdi. Onun sözlərinə görə, məhv edilən Rusiya hava vasitələrinin böyük hissəsi məhz dron-interseptorların nəticəsidir:

“May ayı ərzində Ukrayna dron-interseptorları hava hücumundan müdafiənin üç eşelonunda 3,5 mindən çox düşmən PUA-sını məhv edib. Bu müddətdə həm vurulan dronların sayı, həm də ‘kiçik HHM’in effektivliyi artıb. Ən yüksək nəticəni ikinci eşelon göstərib — 1,2 mindən çox dron".

O əlavə edib ki, hazırda dron-interseptor heyətləri genişləndirilir, şəxsi heyət hazırlanır və əlavə bölgələri qoruyacaq dördüncü HHM eşelonunun formalaşdırılması üzərində iş gedir.

Həmçinin hərbi aviasiya da cəlb olunur: may ayında Ukrayna helikopterləri 440-dan çox Rusiya PUA-sını məhv edib. Vertolyotlar yeni aşkarlama və nişangah sistemləri ilə təchiz olunur və yeni raket silahlarının tətbiqi genişlənir.

Samir

0