Çində 19 yaşlı Tan Vey kollec təhsili üçün pul yığmaq məqsədilə körpü altında yaşayır.
HİT.az xəbər verur ki, bu barədə “South China Morning Post” yazıb.
Məlumata əsasən, Tan Vey ailəsinin maddi vəziyyətinin zəif olduğunu və valideynlərindən pul istəmək istəmədiyini bildirib. O, təhsil xərclərini özü qarşılamaq üçün evindən təxminən 100 kilometr uzaqlaşaraq iş axtarmağa gedib və yemək çatdırılması üzrə kuryer kimi işləməyə başlayıb.
Onun sözlərinə görə, işin ilk həftələri xüsusilə çətin keçib. Yeddi gün ərzində cəmi 200 yuan qazanan gənc bu məbləğin yarısını təsadüfən elektrikli velosipedlə cızdığı avtomobilin sahibinə ödəməli olub.
Tan Vey əvvəlcə şəhər parkında qurduğu çadırda gecələyib, daha sonra isə güclü yağışlardan qorunmaq üçün körpü altına köçüb. Onun bütün əşyaları bir çamadana sığır, geyimlərinin sayı isə dörd dəstlə məhdudlaşır.
Gəncin hekayəsi yerli mətbuatda dərc edildikdən sonra geniş ictimai maraq doğurub. Bundan sonra şəhər sakinləri ona dəstək göstərməyə başlayıblar. Könüllülər onun iti Boboya yemək gətirib və təhsil dövründə heyvana baxmağa kömək təklif ediblər. Eyni zamanda şəhərdəki böyük şirkətlərdən biri Tan Veyə üç aylıq iş, pulsuz yaşayış və qida ilə təmin olunan iş təklifi verib.
Samir


