Makron Putin və Zelenski arasında mümkün görüşü dəstəklədi

DÜNYA
15:39 / 05.06.2026
47

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirmə təklifini “yaxşı təşəbbüs” adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

“Prezident Zelenskinin Vladimir Putinə görüş təklifi ilə məktubu yaxşı təşəbbüsdür. Biz həmişə Ukrayna ilə Kreml arasında birbaşa danışıqları dəstəkləmişik”, deyə Makron bildirib.

Onun sözlərinə görə, mümkün razılaşmanın şərtlərini məhz Rusiya və Ukrayna müəyyən edə bilər, Avropa isə bu prosesə dəstək verəcək. Makron həmçinin qeyd edib ki, Avropa Ukraynanın hərbi səylərinə mühüm töhfə verir və sülh üzrə danışıqlar başa çatdıqdan sonra onun yeni arxitekturasında iştirak etməyə hazırdır.

5 iyun tarixində Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinə Vladimir Zelenskinin məktubunun yazılı versiyasının çatdırıldığını bildirib. Lakin o, Rusiya prezidentinin bu müraciətə necə reaksiya verdiyini açıqlamayıb. Peskov əlavə edib ki, Putin bu mövzuya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçiriləcək plenar iclasda toxuna bilər.

Samir

0