Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini sürətləndirmək cəhdlərinin Kiyev, Brüssel və bəzi Avropa paytaxtları arasında gərginliyə səbəb olduğu bildirilir.
HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri avropalı diplomatlar və rəsmi şəxslərə istinadla məlumat yayıb.
Məlumata görə, Kiyev yay sonunadək bir deyil, eyni anda bir neçə danışıqlar klasterinin açılmasını hədəfləyir.
Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Avropa İttifaqına üzvlük prosesi konkret tarixlər nəzərdə tutmur, lakin bütün şərtlər yerinə yetirildiyi halda Ukrayna 2030-cu ilə qədər birliyə üzv ola bilər.
Kos həmçinin daha əvvəl açıqlayıb ki, 15 iyunda Aİ Ukraynanın üzvlüyü ilə bağlı rəsmi danışıqları açacaq. Onun sözlərinə görə, həmin gün Ukrayna ilə hökumətlərarası konfrans keçiriləcək və ilk klaster üzrə danışıqlar rəsmi şəkildə başladılacaq.
Bu klasterə ədliyyə, institutlar, satınalma sistemi, maliyyə nəzarəti və statistika kimi sahələr daxildir.
Samir


