NYT: Tramp İranla münaqişədə bütün mümkün hədləri aşıb

DÜNYA
12:17 / 09.06.2026
51

ABŞ Prezidenti Donald Tramp öz şərtlərini diktə etməyə çalışır, lakin İran məsələsində o, bütün mümkün hədləri aşır. 

HİT.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.

Nəşrin məlumatına görə, Tramp siyasi karyerası boyunca dominantlıq və nəzarət nümayiş etdirsə də, Yaxın Şərqdə uzanan böhran onun bu yanaşmasını həyata keçirməsinə mane olur.

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Aaron Devid Miller bildirib ki, Tramp öz istəyi ilə müharibə başlatdı, ABŞ-ın hərbi gücünü həddindən artıq qiymətləndirdi və İranın potensialını isə düzgün qiymətləndirmədi. O, indi çıxış yolu tapmaqda çətinlik çəkdiyi bir döngəyə girib.

7 iyunda Tramp Vaşinqton və Tehran arasında razılaşmanın çox yaxın olduğunu bildirmişdi. Onun sözlərinə görə, tərəflər yalnız bir neçə, “çox da ciddi görünməyən” məsələni həll etməli idi. Lakin həmin günün gecəsi İran atəşkəs rejimindən sonra ilk dəfə İsrailə bir neçə raket atıb.

Samir
 

0