Avropa Komissiyası (AK) Müdafiə Sənayesi və Kosmos üzrə Baş Direktorluqda (DG DEFIS) və Rəqəmsal Siyasət üzrə Baş Direktorluqda (DG CONNECT) çalışan işçi heyətini artıracaq.
HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, müdafiə üzrə departament əlavə kadrlarla gücləndiriləcək və SAFE proqramı çərçivəsində kreditlərin bölüşdürülməsinə cavabdeh olacaq yüksək vəzifəli yeni rəhbər təyin ediləcək.
Eyni zamanda, Avropa İttifaqı növbəti uzunmüddətli büdcə çərçivəsində müdafiə və təhlükəsizlik sahəsindəki vəzifələri yerinə yetirmək üçün təxminən 2,4 min nəfər əlavə işçi qəbul etməyi planlaşdırır.
Hərbi ekspert Aleksey Leonkovun fikrincə, ümumavropa ordusunun yaradılması hələ ilkin mərhələdədir və Avropa bu strukturun formalaşdırılması və maliyyələşdirilməsi, eləcə də ABŞ-ın bu prosesdəki rolu kimi bir sıra məsələləri həll etməlidir.
Daha əvvəl Avropa Parlamentinin deputatı Fernan Kartayzer Brüsselin bəzi Aİ ölkələrinin neytrallığını nəzərə almadan 100 min nəfərlik Avropa ordusu yaratmağa çalışdığını bildirmişdi.
Samir


