"Bu, Putinin problemidir, ABŞ-ın yox" - Amerikalı diplomat prioritetləri açıqladı

DÜNYA
16:16 / 09.06.2026
44

Rusiya prezidenti Vladimir Putinin böyük itkilərdən sonra Ukraynaya qarşı müharibənin qələbə ilə başa çatmadığını öz vətəndaşlarına izah etməsi çətin olacaq.

HİT.az xəbər verir ki, bu fikri LIGA.net-ə ABŞ-ın keçmiş dövlət katibinin müavini, Donald Trampın birinci prezidentliyi dövründə çalışmış Stiven Bieqan bildirib. 

“Rusiya üçün qalib gəlməmək məğlub olmaq deməkdir. Ukrayna üçün isə bu belə deyil. Ukrayna üçün məğlub olmamaq qalib gəlməkdir”, deyə o bildirib.

Keçmiş rəsmi qeyd edib ki, Rusiyada və Ukraynada, eləcə də beynəlxalq səviyyədə müharibəyə yanaşmada dəyişiklik baş verib.

Diplomatın fikrincə, ukraynalılar uduzmur və buna görə də özlərini qalib kimi hiss edirlər”, Rusiyada isə əksinə, “ruslar qalib gəlmir və özlərini məğlub kimi hiss edirlər.

Bieqan hesab edir ki, bu vəziyyət danışıqlar prosesinə də təsir göstərə bilər: "Bu, sual doğurur: Putin bu müharibədə o qədər çox itirib ki, xalqına qələbəsiz necə qayıdacağını izah etməlidir. Bu, onun həll etməli olduğu problemdir. Amma bu, bizim problemimiz deyil. Bu, onun problemidir. Bizim və Ukraynanın vəzifəsi Rusiyanı məğlub etmək və müharibəni Ukrayna üçün qəbul edilə bilən şərtlərlə başa çatdırmaqdır".

4 iyun tarixində ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Rusiya hərbi yolla Ukraynada qarşısına qoyduğu məqsədlərə heç vaxt nail ola bilməyəcək, buna görə də həmin məqsədlərə danışıqlar yolu ilə çatmağa çalışır. May ayında isə Rubio danışıqların nəticəsiz qaldığını, lakin ABŞ-ın müharibənin başa çatması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu demişdi.

Samir
 

0