Dünyanın ən bahalı parkinq yeri 1,3 milyon dollara satılıb.
HİT.az xəbər verir ki, bu barədə “Supercar Blondie” məlumat yayıb və belə yüksək qiymətin səbəblərini izah edib.
Qeyd olunur ki, həmin parkinq yeri Honq-Konqda yerləşir və Mount Nicholson adlı elit yaşayış kompleksinin yaxınlığında satışa çıxarılan bir neçə yerdən biri olub. Kompleks Viktoriya buxtasına mənzərəsi ilə seçilir və Asiyanın ən bahalı evlərini özündə birləşdirir.
Honq-Konqdakı bu parkinq yerinin sahəsi 12,5 kvadratmetrdir. O, əvvəlki dünya rekordunu – 980 min dollar dəyərində satılmış parkinq yerini geridə qoyaraq ən bahalı parkinq yeri statusunu qazanıb.
Qeyd edilir ki, Honq-Konqda hələ də çox bahalı parkinq yerləri satışa çıxarılır və bu da onlara tələbatın yüksək olduğunu göstərir. Bunun əsas səbəblərindən biri bir çox inkişaf etmiş Asiya ölkələrində parkinq yerlərinin ciddi çatışmazlığıdır.
Xatırladaq ki, bu parkinq yeri 2021-ci ildə Honq-Konq daşınmaz əmlak bazarında rekord qiymətə – 1,3 milyon dollara satılıb.
2021-ci ildə Honq-Konqun ən prestijli rayonunda ev kirayəsi aylıq 210 min dollar təşkil edirdi.
Honq-Konq uzun illərdir dünyanın ən bahalı yaşayış yerləri siyahısında ilk sıralarda yer alır.
Samir


