Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov iddia edib ki, Böyük Britaniya, Fransa və Almaniyanın səfirləri onun müavini ilə görüş keçirmək üçün müraciət ediblər.
HİT.az xəbər verir ki, bu barədə o, Rusiya KİV-lərinə istinadən açıqlama verib.
Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib ki, həmin ölkələrin səfirləri müzakirə üçün görüş xahişi edirlər:
"Gəlin dinləyək, maraqlıdır, bu insanlar hansı konstruktiv fikirləri ortaya qoya biləcəklər. Çünki onların rəhbərləri – Merz, Starmer, Makron – Rusiya haqqında dəfələrlə təhqiramiz ifadələr işlədib, şəxsi səviyyəyə keçiblər".
O, həmçinin Qərbi Avropada təhlükəsizlik sistemlərinin “tamamilə dağıldığını” iddia edib və silahlara nəzarət üzrə əsas beynəlxalq razılaşmaların ləğv olunduğunu vurğulayıb. Lavrov əlavə edib ki, keçmişdə ümumi Avrasiya evi adlandırılan məkanın geosiyasi qarşıdurma arenasına çevrilməsinə imkan verməmək vacibdir.
Daha əvvəl Sergey Lavrov Rusiya-Ukrayna müharibəsi ilə bağlı çıxışında bu münaqişəni yalnız “Baydenin müharibəsi” deyil, həm də “Trampın müharibəsi” adlandırıb. Onun sözlərinə görə, Kreml ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsi məsələsində onlara daha yaxın mövqedə olduğunu düşünürdü.
Lavrovun fikrincə, ABŞ dövlət katibi Marko Rubionun ABŞ-ın Ukraynaya dəstəyini davam etdirdiyini bildirməsi, “Baydenin müharibəsinin Trampın müharibəsinə çevrildiyini” göstərir.
Samir


