İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bütün gəmilər üçün tam bağlandığını elan edib.
HİT.az xəbər verir ki, bu barədə CNN yazır
Bildirilir ki, boğaz bütün növ gəmilər — ticarət, neft və digər nəqliyyat vasitələri üçün keçilməz elan olunub. “Bu boğazdan keçməyə cəhd edən istənilən gəmi hədəf olacaq”, deyə açıqlamada bildirilib.
SEPAH-ın Hərbi-Hava və Kosmik Qüvvələrinin komandanı Seyyid Hüseyn Musəvi Eftixari isə ABŞ Hörmüz boğazını təhlükəli vəziyyətə salarsa, Yaxın Şərqin “cəhənnəmə çevrilə biləcəyini” deyib.
Bununla belə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın boğazı blokladığı barədə iddiaları təkzib edib və ticarət gəmilərinin keçidinin davam etdiyini bildirib.
İran dövlət mediası isə bölgədə İran və ABŞ qüvvələri arasında toqquşma baş verdiyini iddia edir. Həmçinin iki gəminin vurulduğu barədə məlumatlar yayılıb, lakin ABŞ tərəfi heç bir hərbi gəminin zərər görmədiyini açıqlayıb.
Samir


