Zelenski: G7 ölkələri Rusiyanın münaqişəni dayandırmaq istəyi görmür

DÜNYA
16:16 / 16.06.2026
48

G7 ölkələri Rusiyanın Ukraynadakı münaqişəni dayandırmağa hazır olduğunu görmür.

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

“Hamı hesab edir ki, istənilən halda müharibə dayandırılmalıdır. Hamı Rusiyanın tərəfdən istək görmədiyini deyir. İlk növbədə Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirmək istəmir, amma onu buna məcbur etmək lazımdır”, deyə Zelenski bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Ukraynanın tərəfdaşları Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini, o cümlədən “kölgə donanması”na qarşı tədbirləri dəstəkləyirlər.

Bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvanın “saxtakarlıq olmadan” Ukrayna ilə ədalətli danışıqlara hazır olduğunu bildirib. Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin isə Moskvanın Ukraynadan münaqişənin nizamlanması üzrə yeni danışıqlar raunduna hazır olduğuna dair heç bir siqnal almadığını qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ordusuna atəşi dayandırmaq və Rusiya Federasiyasının tərkibinə daxil edilmiş Donbas və digər bölgələrdən çıxmaq əmri verməlidir. Bundan sonra isə sülhün konkret şərtlərinin müzakirəsinə keçmək mümkün ola bilər.

Samir

0