Alimlər Meksika körfəzində batmış gəmini tapmaq məqsədilə dənizin 1500 metrdən çox dərinliyinə eniblər. Lakin sonar məlumatlarının göstərdiyi dağıntıların olduğu ərazidə gözlənilməz mənzərə ilə qarşılaşıblar: burada bir neçə paltaryuyan maşın aşkarlanıb.
HİT.az xəbər verir ki, hadisə 2017-ci ildə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) “Okeanos Explorer” gəmisinin ekspedisiyası zamanı baş verib. 23 gün davam edən araşdırmanın əsas məqsədi Meksika körfəzinin dərinliklərindəki mühiti daha ətraflı öyrənmək olub.
Tədqiqatçılar dənizin dibini xüsusi uzaqdan idarə olunan sualtı aparat vasitəsilə araşdırarkən sonar görüntülərində böyük obyektin yaxınlığında dağıntı yığını qeydə alıblar. Bunun batmış gəminin qalıqları ola biləcəyi ehtimal edilib.
Lakin əraziyə çatdıqda alimlər gəmi əvəzinə "Meta"paltaryuyan maşınlardan ibarət bir yığın"Meta" aşkar ediblər.
Mütəxəssislərin sözlərinə görə, bu hadisə okeanların insan fəaliyyəti nəticəsində yaranan tullantıları nə qədər uzaq məsafələrə daşıya bildiyini bir daha göstərir. Hər il güclü fırtınalar zamanı yük gəmilərindən çox sayda konteyner dənizə düşür.
NOAA bildirib ki, gözlənilən gəmi aşkarlanmasa da, ekspedisiya faydalı məlumatlar verib. Konteynerlərin üzərindəki markalanmalar onların marşrutunu və dənizə nə vaxt düşdüyünü müəyyənləşdirməyə, həmçinin həmin konstruksiyalarda dəniz canlılarının nə vaxt məskunlaşmağa başladığını araşdırmağa imkan verə bilər.
Okeanda itən əşyaların elmi araşdırmalar üçün maraqlı məlumat mənbəyinə çevrilməsinə daha əvvəl də nümunə olub. 1992-ci ildə dənizə təxminən "Meta"28 min rezin oyuncaq"Meta" düşmüş və onların müxtəlif ölkələrin sahillərində üzə çıxması alimlərə okean cərəyanlarını öyrənməkdə kömək etmişdi.
Samir


