Ərdoğan Liviya məsələsində Trampla razılığa gəldi

DÜNYA
17:41 / 09.06.2020
1150

Türkiyə və ABŞ Liviya mövzusunda razılığa gəldilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra deyib.

Ərdoğan bildirib: “Trampla bu axşamkı danışıqlarımız regionda inkişaf edən hadisələrlə bağlı xüsusi əhəmiyyət kəsb edir. Bu danışıqdan sonra ABŞ-la Türkiyə arasında yeni bir mərhələ başlaya bilər”.

Türkiyə Prezidenti qeyd edib ki, Trampla telefon söhbətində Suriya və Liviya başda olmaqla, regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar: “Ancaq bunu hörmətli Vladimir Putinlə də müzakirə etmək lazım olacaq. Mümkündür ki, onunla danışıqlarımız da olsun".

Ərdoğan əlavə edib ki, Trampla FETÖ terror təşkilatının üzvü olan bəzi şəxslərlə bağlı da danışıb.

ABŞ Prezidenti verilən məlumatların araşdırılacağını bildirib.

0
Virtualaz.org