Ermənistan MN-in 3 əməkdaşı dava saldı - Sabiq deputatın oğluna atəş açıldı

DÜNYA
13:58 / 09.05.2020
1492

Mayın 8-də saat 19:30 radələrində Ermənistanın Tavuş vilayətində atəş səsləri eşidilib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Açacur kəndinin “Kokobelyanlar” adlanan istixana qarşısında dava baş verib və dava zamanı atəş səsləri eşidilib.

Polislər müəyyənləşdiriblər ki, Ermənistan Müdafiə Nazirliyində xidmət edən Sayad Nazaryan, habelə onunla birlikdə olan Ermənistan MN-in 3 əməkdaşı İcevan sakini 43 yaşlı Edmond Edilyanla birlikdə Açacur kənd sakinləri - 49 yaşlı Vaçik Kokobelyan, 29 yaşlı Sevada Kokobelyan və 19 yaşlı Yuri Kokobelyanı döyüblər, qeyd olunan Açacur kənd sakinləri müxtəlif bədən xəsarətləri alıblar.

Məluamata görə, dava zamanı atəş səsləri də eşidilib və atəş səslərindən sonra Kokobelyanları döyənlər qaçıblar.

Məlumata görə, V. Kokobelyan “EKO frukt” MMC-nin şərik sahibidir, S. Kokobelyan Ermənistan parlamentinin keçmiş deputatı Xaçatur Kokobelyanın oğludur və “Qrin Haus” MMC-nin direktoru işləyir, Y. Kokobelyan isə İrəvan Dövlət Universitetində oxuyur.

0