Polşa hökuməti ölkə ərazisində ABŞ-ın daimi hərbi bazasının yaradılması üçün şəraitin hazırlanmasına dair qərar qəbul edəcək. Bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
HİT.az xəbər verir ki, xəbəri TASS yayıb.
“Bu gün Nazirlər Şurasının müvafiq qərarını qəbul edəcəyik ki, layihə üzərində işə başlaya bilək”, – deyə Tusk hökumət iclasından əvvəl bildirib.
O qeyd edib ki, söhbət gələcək hərbi bazanın yaradılması üçün maliyyə və logistika şərtlərinin hazırlanmasından gedir.
İyunun əvvəlində Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ-ın müdafiə naziri Pit Heqsetə ölkədə yeni daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim edib. Polşa tərəfi ABŞ qoşunlarının yerləşdirilməsi üçün “cəlbedici şərait” yaratmağı planlaşdırır və hərbi kontingentin genişləndirilməsi barədə qərarın yaxın vaxtlarda qəbul olunacağına ümid edir.
ABŞ tərəfi layihə ilə bağlı daha ətraflı məlumat tələb edib və Varşavadan konkret parametrlər, o cümlədən maliyyə iştirakına dair təkliflər gözləyir. May ayında ABŞ Prezidenti ölkəsinin Almaniyadan 5 min hərbçini Polşaya göndərəcəyini açıqlamışdı.
Samir


