Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının Ukraynaya dəstəyini “ikiqat artırmalı” olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“İndi dəstəyimizi ikiqat artırmağın vaxtıdır. Aİ-nin 90 milyard avroluq kreditinin ilk tranşı ilə. Bu ilin sonunda Ukrayna üçün qış dəstək paketi ilə. G7 güclü və suveren Ukraynaya dəstəyi davam etdirir”, deyə o qeyd edib.
15 iyunda fon der Lyayen bildirib ki, Fransanın Evian şəhərində keçirilən “Böyük yeddilik” (G7) sammitində Avropa İttifaqı Ukraynaya əlavə 45 milyard avro ayrılması məsələsini gündəmə gətirəcək. Bundan əvvəl EK rəhbəri iyunun sonunadək Ukraynaya 9 milyard avro təqdim olunacağını vəd etmişdi.
İyunun əvvəlində “Politico” nəşri NATO ölkələrinin Ukraynaya Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 70 milyard avro ayrılması imkanını müzakirə etdiyini yazmışdı. Bu məbləğin 40 milyard avrosu yeni öhdəliklər, 30 milyard avrosu isə Aİ-nin 90 milyard avroluq kredit paketinin bir hissəsi ola bilər.
Samir


