Lukaşenko xəstəxanaya yerləşdirilib? - Açıqlama

00:11 / 20.07.2020
1487

Belarus Prezidenti Aleksandr Lukaşenkonun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.

“Ənənəvi olaraq gözlənilməz şayiələr yayılır”, - deyə sözçü bildirib.

Qeyd edək ki, Teleqram kanallarında Lukaşenkonun hipertonik kriz səbəbindən xəstəxanaya yerləşdirildiyi yazılmışdı.

0
Axar.az