Ekoloqlardan tibbi maskalara görə SOS SİQNALI

DÜNYA
09:15 / 24.07.2020
1544

Ekoloqlar tibbi maskalarla əlaqədar həyəcan təbili çalır

Birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maskalar ekoloji mühitin təhlükəsizliyinə ciddi zərər vurur.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyi mütəxəssislərin rəyinə əsasən məlumat verir.

Agentlik xəbər verir ki, son bir neçə ay ərzində Yaponiya sahillərində birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maska tullantılarına rast gəlmək adi hala çevrilib.

Ekoloqlar bildirir ki, tezliklə dəniz sahillərində tibbi maskaların sayı meduzaların sayından daha çox olacaq və bu hal okean sularının çirklənməsi ilə nəticələnəcək.

0
Oxu.az