ABŞ-ın Müdafiə Nazirliyi ABŞ donanma pilotlarının vəzifə başında olarkən qeydə aldıqları uçan naməlum obyektlərin (UNO) görüntülərini paylaşıb.
Pentaqon məsələ ilə bağlı açıqlamada bu görüntülərin həssas məlumatları özündə əks etdirmədiyini və sistem üçün heç bir təhlükə yaratmayacağını deyib.
Bildirək ki, paylaşılan 3 video 2004 və 2015-ci illərdə çəkilib.
Sözügedən videoların illər əvvəl internetdə yayımlandığını bildirən Pentaqon sözçüsü qeyd edib ki, hazırda bunların həqiqi olub-olmadığını ictimaiyyətə bildirmək üçün paylaşırlar. Onun sözlərinə görə, uçan cisimlərin mahiyyəti barədə hələ də məlumat yoxdur. // Yenisabah