İşsizlərə şad xəbər - VİDEO

15:16 / 01.09.2020
1004

"REAL TV"nin "Obyektiv" verilişinin növbəti buraxılışı efirə verilib.

Bu buraxılış işsizlikdən əziyyət çəkənlər üçün də bir növ iş təminatı rolunu oynayacaq.

Prezident İlham Əliyev İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda dəyişilik edilməsi barədə qanunu təsdiq edib.

Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsini genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin genişləndirilməsinə xidmət edir.

Bu məqsədlə Fondun builki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması planlaşdırılıb.

Belə ki, işsizlikdən sığorta ödənişi alanların sayının bu il üçün artıq 20 minə çatdırıması nəzərdə tutulur.

 

0