Bakıda torpağın qiyməti bahalaşa bilər - Bu tarixdən

İQTİSADİYYAT
09:09 / 27.01.2021
1769

Hər ilin sonu və növbəti ilin əvvəlində daşınmaz əmlak bazarında müəyyən passiv bir vəziyyət yaranır və bu il də oxşar vəziyyəti müşaidə edirik.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, hələki qismən aktiv olan sahə mənzil bazarıdır. O qeyd edib ki, proqnozlara əsasən, toraq bazaraının aktivləşməsi dövrü təqribən mart ayının əvvəllərinə təsadüf edəcək:

"Ancaq indiki halda hələ ki, torpaq bazarında bir qeyri-dinamik vəziyyət var. Bununla belə məsələ burasındadır ki, bunun qiymətlərə hər hansı bir təsiri müşahidə olunmur. Mart ayında aktivlik olduğu halda qiymətlərə də təsir göstərə bilər, yəni torpaq qiymətlərində artım müşahidə oluna bilər".

0