AZAL-ın bank hesabında qalan 26,4 milyon manat nədir?

İQTİSADİYYAT
17:06 / 24.05.2023
710

“Cəmiyyətin bank hesabında qalan 26,4 milyon manat yeyinti deyil, ayrılan vəsaitin tam xərclənməməsidir”.

Bunu HİT.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli AZAL-da 26 milyon manat yeyinti aşkarlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Ekspert bildirib ki, əgər bu qənaət nəticəsində daha az xərclənibsə, o zaman qalan vəsait dövlət büdcəsinə geri qaytarılacaq:

“Ayrılan vəsait təyinatı üzrə bu ilin sonuna kimi xərclənəcək. 26,4 milyon Səhmdar Cəmiyyətin bank hesabında qalan vəsaitdir. AZAL 63, 1 milyonu xərcləyib, 26, 4 milyon manat isə onların bank hesabında qalır”.

Qeyd edək ki, Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə fəaliyyətinin təmin edilməsi üçün 89,5 milyon manat məbləğində vəsait ayrıldığı və tam məbləğdə icra olunduğu göstərilib.

Qurumdan təqdim edilmiş məlumatlara əsasən, hesabat ilində faktiki olaraq 63,1 milyon manat məbləğində vəsait xərclənib və 2022-ci ilin sonuna 26,4 milyon manat Səhmdar Cəmiyyətin bank hesabında qalıb.

Azra

1