Parklanma ödənişlərinin nağdsız olmasının üstünlükləri nələrdir? - Ekspert AÇIQLADI 

İQTİSADİYYAT
12:44 / 08.08.2023
638

"Dünəndən etibarən parklanma qaydalarına edilən əlavə dəyişikliklər insanlar arasında birmənalı qarşılanmayıb".

Bu sözləri HİT.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, mövcud parklanma qaydalarında müxtəlif qiymətlərdə ödəniş sistemi tətbiq olunurdu:

331522

"Üstəlik, ödənişlər əsasən nağd şəkildə həyata keçirilirdi. Yeni qərar isə insanlar arasında müəyyən fikir ayrılığına gətirib çıxara bilər. Bu da təbii haldır. Parklanma bələdçiləri də bu sistemə adaptasiya olana qədər müəyyən çətinliklər yaranacaq. Amma sonradan bu çətinliklər aradan qalxacaq. 

Xatırlayaq ki, marşrutlarda da kart sisteminə keçid olunduqda müəyyən problemlər yaşanırdı, amma sonradan həmin məsələlər aradan qalxdı. Yeniliklər olan zaman müəyyən keçici problemlər ola bilir. Bəziləri bunu mənfi hesab etsələr də, əslində müsbətdir. Hər kəs bu dəyişikliklərə uyğunlaşmalıdır".

Ekspert qeyd edib ki, müxtəlif ad və statusdan istifadə edən şəxslər parklanmanı "qara bazar" vəziyyətinə gətirib çıxarmışdı:

"Ona görə də insanlarda parklanmaya inam yox idi. Əvvəllər bəzi yerlədə ödəniş etsəniz belə avtomobilinizi park etdikdə cərimələnirdiniz. Dünəndən etibarən isə belə hallar müşahidə olunmayacaq. 

Ümumiyyətlə, parklanma ödənişlərinin nağdsız olması müasirləşmədir. Düşünürəm ki, vətəndaşlar da müasir tələb və çağırışlarla səsləşməlidirlər. Hər bir proses və prosedurlar onlayn olsa daha şəffaf şəkildə həyata keçiriləcək. Yəni hər bir sürücü ödənişi etdiyi halda cərimə və ya digər qanunazidd hallarla qarşılaşmayacaq. Təbii ki, bu da olduqca gözəl haldır".

Pərviz

0