Avtobus zolaqlarını taksilərdən xilas etmək üçün nə etmək lazımdır? - Ekspert AÇIQLADI

İQTİSADİYYAT
16:05 / 18.08.2023
660

Paytaxt Bakının ən böyük problemlərindən biri də şübhəsiz ki, tıxaclardır.

Tıxacların yaranma səbəbi olaraq avtobuslar ön plana çıxır. Çünki avtobuslar dayanacaqlarda dayanarkən uzun tıxaclar meydana gəlir. Əslində dünya ölkələrində tətbiq olunan avtobus zolağı ölkəmizdə də istifadəyə verilib. Lakin əfsuslar olsun ki, həmin zolaqlar avtobusların əlindən alınıb. Belə ki, sözügedən zolaqları əsasən taksilər dayanacaq kimi istifadə edirlər. Belə olan halda isə avtobuslar məcbur digər zolaqlarda saxlayırlar və hərəkət məhdudlaşdır.

Maraqlıdır, avtobus zolaqlarının taksilər və digər avtomobillər tərəfindən zəbt olunmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov HİT.az-a açıqlamasında deyib ki, dünya ölkələrindəki böyük şəhərlərdə ictimaiyyət nəqliyyat vasitələri üçün yollarda xüsusi zolaqlar ayrılır:

332146
"Bu zolaqlar sırf təhlükəsizliyə xidmət etməlidir. Artıq Bakı şəhərində də belə zolaqlar yaradılıb. Hələ ki, avtobusların bu zolaqlardan istifadə etməsi çətindir. Yəni bizim hərəkət zolaqlarımız buna imkan vermir. Üstəlik, iki zolaqlı yolların bir tərəfini avtobus üçün ayıranda digər zolaq təcrid olunur. Bununla da hərəkət çətinləşir, ən pis halda isə iflic olur".

Ekspert avtobus zolaqlarının taksilər və digər avtomobillər tərəfindən zəbt olunması ilə bağlı məsələyə belə münasibət bildirib:

"Düzdür, bunda həqiqətən payı var. Amma taksi duracaqlarına da yer ayrılmalıdır. Əslində taksilər də avtobuslar kimi ictimai nəqliyyat sayılır. Sadəcə fərq sərnişin tutumundan ibarətdir. Biri 4 nəfər, digəri isə 70-80 nəfər apara bilir. İşi elə qurmaq lazımdır ki, imkan dərəcəsində hər iki ictimai nəqliyyat vasitəsinə yer ayrılsın. Piyada yolu və velosiped zolaqları olduğu kimi ictimai nəqliyyatın da öz zolaqları olmalıdır. Üstəlik, bu zolaqlar digər hərəkət iştirakçıları ilə kəsişməməlidir. Əlverişli yollarımız olmasa da, mümkün qədər şərait yaradılmalıdır".

Aslan Əsədov diqqətə çatdırıb ki, Bakının yolları şərq üslubundadır:

"Bakının yollarının şərq üslubunda olduğunu hər addımbaşı hiss etmək olur. Nə qədər avropa stilli binalar olsa da, şərq memarlığı öz sözünü deyir. Şərq yolları isə həmişə dar və ensiz olur, habelə digər şəxslər tərəfindən də yollar zəbt olunur. Amma zolaqlarla bağlı işləri sürətləndirməliyik. Hesab edirəm ki, imkan daxilində yollarda müxtəlif zolaqlar olmalıdır".

Pərviz

0