Daha bir şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

19:43 / 26.09.2023
635

“Aveta” MMC gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

485.2-ci maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Anar

0