Səudiyyə Ərəbistanı Avropaya neft tədarükünü dayandırır

DÜNYA
16:56 / 18.09.2026
44

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” Avropadakı bəzi neft emalı zavodlarına gələn ay xam neft tədarükü həyata keçirilməyəcəyini bildirib.

HİT.az xəbər verir ki, "Bloomberg"in mənbələrə istinadən yaydığı məlumata görə, qərar ölkənin əsas neft kəmərlərindən birinə pilotsuz uçuş aparatları ilə edilən hücumdan sonra qəbul olunub. Bildirilir ki, bu addım uzunmüddətli müqavilələr əsasında Səudiyyə nefti alan bütün Avropa müştərilərinə şamil ediləcək.

Səudiyyə Ərəbistanı ötən həftə hücumdan sonra “Şərq-Qərb” neft kəmərinin fəaliyyətini dayandırmağa məcbur olub. Mənbənin məlumatına əsasən, kəmərin bir neçə gün ərzində qismən, təxminən altı həftəyə isə tam gücü ilə fəaliyyətə başlaması gözlənilir.

Avropadakı neft emalı zavodları Səudiyyə neftini əsasən Misirin Aralıq dənizi sahilində yerləşən Sidi-Kərir limanı vasitəsilə əldə edir. Bu liman Qırmızı dənizlə sözügedən neft kəməri vasitəsilə əlaqələndirilir.

Kəmərin fəaliyyətinin dayanması bəzi “Aramco” müştəriləri arasında alternativ xammal axtarışını sürətləndirib. Polşanın “Orlen” şirkətinin cümə günündən etibarən alternativ neft tədarükü təmin etmək məqsədilə 10-dan çox tender elan etdiyi bildirilir.

Beləliklə, kəmərin fəaliyyətində yaranan problem Avropa bazarında Səudiyyə neftinin tədarükü ilə bağlı əlavə təzyiq formalaşdırıb.

Samir
 

0