Burak Özçivitin yeni serialının reytinqləri necədir?

MARAQLI
16:25 / 18.09.2026
201

Ötən axşam Türkiyədə daha bir yeni serial yayımlanmağa başlayıb.

Hit.az xəbər verir ki, söhbət “Güneşin Doğduğu Yer” serialından gedir.

Ekran işinin ilk bölümü “ATV”-də yayımlanıb. Lakin gözləntilərin altında reytinqlərlə açılışı edib. Belə ki, layihənin ilk bölümü “Total” kateqoriyasında 4,66 balla 3-cü olub. Həmçinin, 3,91 balla “AB”-də, 4,25 balla isə “ABC1”-də 2-ci olub. Dünən zirvədə “Beşiktaş” – “Marsel” matçı olub. Ancaq yeni serial “Sevdiğim Sensin”in də gerisində qalıb.

Qeyd edək ki, “Güneşin Doğduğu Yer”də Burak Özçivit, Sibel Taşçıoğlu, Görkem Sevindik, Devrim Takut və Beyza Gümülince kimi məşhurlar çəkilir.

Pərviz 

0