Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

İDMAN
15:20 / 18.09.2026
50

Bu gün Azərbaycan Kubokunda 2026/27-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Hit.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.

Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları 7-8 oktyabr tarixində baş tutacaq.

Azərbaycan kuboku

1-ci təsnifat mərhələsi

1. “Marafon” – “Dinamo”

2. “Qaradağ Lökbatan” – “Şəki”

3. “Şirvan” – “Kür-Araz”

4. “Ağdaş” – “Hypers”

5. “Şəmkir” – “Ağstafa Gəncləri”

6. “Difai” – “Zəngəzur”

2-ci təsnifat mərhələsi

7. “Şimal” – “Araz-Naxçıvan”

8. 1-ci cütün qalibi – “Zaqatal”

9. “İmişli” – 2-ci cütün qalibi

10. 3-cü cütün qalibi – “Sumqayıt”

11. “Qəbələ” – “Mingəçevir”

12. MOİK – “Şahdağ Qusar”

13. “Xankəndi” – “Gəncəbasar”

14. 4-cü cütün qalibi – “Şamaxı”

15. “Şəfa” – 5-ci cütün qalibi

16. 6-cı cütün qalibi – “Karvan-Yevlax”

17. “Səbail” – “Zirə”

18. “Kəpəz” – “Baku Sportinq”

1/8 final

19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

20. “Sabah” – 9-cu cütün qalibi

21. 10-cu cütün qalibi – “Qarabağ”

22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

24. “Neftçi” – 15-ci cütün qalibi

25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

26. “Turan Tovuz” – 18-ci cütün qalibi

0